Facebookdan kosmosda da istifadə etmək olacaq

28 Mart 2014 21:08 (UTC+04:00)
Bunun üçün Facebook yeni bağlantı laboratoriyasını istifadəyə verib.

"Axar.az" xarici saytlara istinadən xəbər verir ki, Feysbukun yenilikləri sırasında onun kosmosda istifadə edilə bilməsidir. Belə ki, korporasiya pilotsuz təyyarələrin, peyk qurğularının və lazer texnologiyasının imkanlarından istifadə edərək dünyanın təcrid edilmiş nöqtələrində də Feysbuku əlçatan edəcək. NASA və "Ames" Araşdırmalar Mərkəzinin ekspertlərindən ibarət laboratoriyanın 5 nəfərdən ibarət heyəti var. Heyət www.internet.org layihəsi üzrə internetə çıxışı olmayan milyonlarla insanı internetlə təmin edəcək. Xatırladaq ki, www.internet.org layihəsi Feysbuk, Nokia və telekommunikasiya nəhəngi olan Qualkommun birgə layihəsidir.

AzNews.az