Ukrayna Rusiyaya güc göstərir - Hərbi təlim

29 Mart 2014 09:32 (UTC+04:00)
Ukrayna Hərbi Hava Qüvvələrinin ən iri aviotəlimləri keçirilib. AzNews.az-ın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, Hərbi Hava Qüvvələrinin bütün şəxsi heyətinin cəlb olunduğu təlimlər müstəqillik dövrü üçün ən geniş miqyaslı hesab olunur. Məxfiliyinin təmin olunması üçün təlimlər bitdikdən sonra ictimaiyyətə məlumat verilib.

Nazirlik təlimdə iştirak edən hərbi texnika və şəxsi heyət barədə məlumat verməyib.

Hərbi ekspertlərin bildirdiyinə görə, təlimlərdə 100-ə yaxın müxtəlif təyinatlı təyyarələr, uçuş avadanlıqları, zenit, radiotexnika bölmələri, o cümlədən kəşfiyyat və hava hücumundan müdafiə qüvvələri iştirak edib.

Xatırladaq ki, Krım problemi Ukrayna ilə Rusiya arasında gərginliyə səbəb olub. Hazırda bu iki ölkənin hərbi qüvvələri döyüş hazırlığına gətirilib.

AzNews.az