Əsgər əsgəri bıçaqladı- Azərbaycanda

29 Mart 2014 11:53 (UTC+04:00)
Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər yoldaşını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqlayıb. K. Məmmədzadə hospitala yerləşdirilib, vəziyyəti kafidir.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

AzNews.az