Lavrov və Kerri Krımı müzakirə edəcək

29 Mart 2014 21:17 (UTC+04:00)
RF XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri, bazar günü, martın 30-da Parisdə görüşəcəklər.

Bu barədə RF XİN-in informasiya və mətbuat departamenti bildirib. "RF XİN rəhbəri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə sabah Parisdə görüşü keçəcək", - mənbə deyib. Sonuncu dəfə Kerri və Lavrov bu həftənin əvvəlində Haaqada görüşüblər. Keçirilən danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olub. (Trend)