10 yaşlı uşağı zorlayıb öldürən manyakın - ETİRAFI

29 Mart 2014 22:20 (UTC+04:00)
Manyak Tişkin Qolçin qəsəbəsində 10 yaşlı qızı zorladıqdan sonra boğaraq öldürdüyünü boynuna alıb.

AzNews.az NTV - yə istinadən xəbər verir ki, Konstantin Tişkin istintaqda sorğu - sual edilərkən bu alçaq hərəkəti niyə törətməsinin izahını verə bilməyib. O heç nəyi xatırlamadığını bildirib. Manyak məktəblini öldürəndən sonra onu meşə talasında qoyaraq evə getdiyini deyib.

Kriminalistlər ekspertiza keçiriblər və öldürülən 3 - cü sinif şagirdinin bədənində qətldə şübhəli bilinən Konstantin Tişkinin DNT - sinin izlərini müəyyən ediblər.
Habelə müstəntiqlər manyakın cinayəti əvvəlcədən planlaşdırdığından şübhələniblər. Belə ki, Tişkin təxminən bir həftə uşağın evdən məktəbə getdiyi marşrutu öyrənib. 5 martda o Bolşevyazemsk gimnaziyasına gedərkən məktəbliyə hücum edərək onu yaxınlıqdakı meşəyə sürüyüb. Əclaf manyak uşağn gücsüzlüyündən istifadə edərək onu zorlayıb və sonra boğaraq öldürüb.
Odinçovskiy məhkəməsi müstəntiqlərin Tişkinin həbs edilməsi barədə təklifini qəbul edib. Yaxın günlərdə ona ittiham elan olunacaq.
Xatırladaq ki, ötən gecə bu ilginc hadisə və onu törədən şəxsin şübhəli qismində saxlanması barədə AzNews.az məlumat vermişdi.

Əli
AzNews.az