Qubada 22 sm qalınlığında qar yağdı- FOTOLAR

30 Mart 2014 09:35 (UTC+04:00)
Yazın gəlməyinə baxmayaraq Azərbaycana qar yağıb

AzNews.az anspress-ə istinadən xəbər verir ki, gecə saat 3-dən başlayaraq şimal bölgəsinə qar yağmağa başlayıb.

Ən çox qar Qubanın Xınalıq kəndi ərazisində yağıb. Qarın qalınlığının 22 santımetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisində isə 15 santimetr qalınlığında qar yağıb.

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə, dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə olunur.

Şimal bölgəsində yerləşən rayon mərkəzlərində də qarlı hava müşahidə olunur. Hazırda qarın yağması davam edir.

Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiblər ki, gün ərazində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər havanın qeyri-sabit keçəcəyi gözlənilir.


AzNews.az