Sabaha olan hava proqnozu

30 Mart 2014 13:36 (UTC+04:00)
Soyuq hava şəraiti ölkədə sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bir çox rayonlarda qar yağacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağıntı olacaq.
Temperatur gecə 1-3°, gündüz 5-9° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında yağıntı olacağı, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağıntılı olacaq, sulu qar yağacaq, gündüz tədricən kəsiləcək. Temperatur gecə 2-4°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.


AzNews.az