Bakıda yol polisi qəza törətdi- VİDEO
31 Mart 2014 07:32 (UTC+04:00)
Bu gün səhər Bakıda yol polisi avtomobili qəza törədib.
Şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə Azadlıq meydanında, Hökumət Evinin qarşısında qeydə alınıb.
İlkin məlumatlara görə, 10-YP-429 dövlət nömrə nişanlı yol polisi avtomobili idarəetmənin itirilməsi nəticəsində maneəyə çırpılıb.
Yol nəqliyyat hadisəsinin digər təfərrüatları açıqlanmır.
AzNews.az