Güclü külək yas çadırını dağıtdı

31 Mart 2014 09:35 (UTC+04:00)
Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə yas mərasimi üçün qurulan çadırı külək uçurub.

AzNews.az El TV-yə istinadən xəbər verir ki, güclü külək çadır qurulan avadanlıqları evin üstünə atıb. Kirayə götürülən avadanlıqlara ciddi ziyan dəyib.

Ev sahibinin bildirdiyinə görə, ehsan üçün bişirilən yeməklər də yararsız hala düşüb.

AzNews.az