Qarsın bələdiyyə başqanlığına azərbaycanlı seçildi

31 Mart 2014 10:41 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Orada keçirilən yerli bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən Murtaza Karaçanta seçkiləri qazanaraq, şəhərin bələdiyyə başqanı seçilib.

Qeyd edək ki, Murtaza Karaçanta əslən Qərbi Azərbaycanlıdır. O, Qars-Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri olub.

AzNews.az