Qəzet “Qanun“ naminə aksiya keçirdi- Fotolar

31 Mart 2014 15:28 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu yaxınlarda "Bizim yol" qəzetinin kollektivi Vergilər Nazirliyi tərəfindən təzyiqlərə məruz qalan, böyük məbləğdə (150 min manat) cərimə sanksiyası ilə üzləşən "Qanun" nəşriyyatına dəstək məqsədi ilə aksiya keçirib. Bu barədə nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu öz sosial şəbəkə səhifəsində məlumat yayıb.

Şahbaz Xuduoğlunun yaydığı məlumata görə, nəşriyyata gələn qəzetçilər "Qanun naminə bir kitab" adlı kampaniya başladaraq hərəyə bir kitab alıblar və nəşriyyatın ağır cərimə sanksiyasına sinə gərməsi üçün öz töhfələrini veriblər.

AzNews.az