Zibillikdən körpə meyiti tapılıb

31 Mart 2014 17:03 (UTC+04:00)
Mingəçevir şəhərində zibillikdən naməlum körpə meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün şəhərin şimalında yerləşən Bozdağın ətəyindəki zibil poliqonundan yeni doğulmuş qız uşağının cəsədi aşkarlanıb.

Şahidlərin sözlərinə görə, cəsəd un kisəsinin içərisində olub.

Kisəyə uşaqla yanaşı, zibil də doldurulub.

Hadisənin necə və hansı şəraitdə baş verməsi, uşağın valideyninin kim olması və onun nəyə görə zibilliyə atılması hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az