34 qəzetə pul verildi - SİYAHI

31 Mart 2014 20:42 (UTC+04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

ANS PRESS-in verdiyi məlumata görə, iclasın gündəliyinə iki məsələ daxil edilib:

-2014-cü ilin 2-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;

-Cari məsələlər.

İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son üç ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanıb.

Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Vüqar Səfərli əlavə edib ki, "Azadlıq" qəzetinin redaksiyası KİVDF Müşahidə Şurasının 30 dekabr 2013-cü il tarixli iclasında bu qəzetə qarşı irəli sürülən iradların aradan qaldırılmasına dair sənədləri Fondun katibliyinə təqdim edib, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə qatılmaq istəyini ifadə edib.

Bundan sonra Müşahidə Şurasının üzvləri təqdim edilmiş sənədlər ətrafında müzakirələr aparıb. Şura üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov çıxış edərək "Azadlıq" qəzetinin müsabiqədə iştirak etmək istəyi ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, Fondun Nizamnaməsinin 4.1.10-cu bəndində, layihələr üzrə müqavilə şərtlərini pozan kütləvi informasiya vasitələrinin 2 ilədək müddətə belə müsabiqələrdə iştirakdan məhrum edilməsi nəzərdə tutulub. Lakin, "Azadlıq" qəzetinin göstərilən iradları aradan qaldırdığını bildirməsini nəzərə alaraq, onun müsabiqədə iştirakı məsələsinə yenidən baxılması mümkündür.

Müşahidə Şurası müzakirələrin nəticəsi olaraq, "Azadlıq" qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə "Azadlıq" qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.

Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Cari məsələlər bölümündə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr keçirilib.

2014-cü ilin II rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir.

2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:

1. "Kaspi" qəzeti 30000

2. "Mövqe" qəzeti 30 000

3. "Yeni Azərbaycan" qəzeti 30 000

4. "Ayna-Zerkalo" qəzeti 30 000

5. "Ədalət" qəzeti 30 000

6. "525-ci qəzet" qəzeti 30 000

7. "Səs" qəzeti 30 000

8. "Bakı-Xəbər" qəzeti 30 000

9. "Yeni Müsavat" qəzeti 30 000

10. "Olaylar" qəzeti 30 000

11. "Ekspress" qəzeti 30 000

12. "Palitra" qəzeti 30 000

13. "Paralel" qəzeti 20 000

14. "Həftə İçi" qəzeti 20 000

15. "Azad Azərbaycan" qəzeti 20 000

16. "Şərq" qəzeti 20 000

17. "Xalq Cəbhəsi" qəzeti 20 000

18. "Futbol+Qol" qəzeti 20 000

19. "Bizim Yol" qəzeti 20 000

20. "Zaman-Azərbaycan" qəzeti 20 000

21. "Kaspi rus" qəzeti 20 000

22. "Novoye Vremya" qəzeti 15 000

23. "Futbol+" qəzeti 15 000

24. "Üç Nöqtə" qəzeti 15 000

25. "Unikal" qəzeti 10 000

26. "Olimpiya Dünyası"qəzeti 10 000

27. "Azernews" qəzeti 10 000

28. "Oxu Məni" qəzeti 10 000

29. "Reytinq" qəzeti 5 000

30. "Təhsil Problemləri" qəzeti 4 500

31. "The Business Times" qəzeti 4 500

32. "Hərbi And" qəzeti 4 500

33. "Türküstan" qəzeti 4 500

34. "İqtisadiyyat" qəzeti 4 500

AzNews.az