Cəbhədə növbəti monitorinq keçiriləcək

1 Aprel 2014 07:33 (UTC+04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

AzNews.az