ABŞ-dan Fətullah Gülən açıqlaması- VİDEO

1 Aprel 2014 08:12 (UTC+04:00)
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf Gülən camaatının lideri Fətullah Güləndən danışıb.

Anspress-in məlumatına görə, Harf jurnalistlərə açıqlamasında ABŞ-ın Fətullah Gülənə dəstək verməsi və "twitter"in bağlanmasına görə Türkiyənin ünvanına təziqləri artması məsələsinə aydınlıq gətirib.

O, qeyd edib ki, Türkiyə hökümətinin "twitter"ə qadağa qoyması düzgün deyil: "Bir nəfər Pensilvaniyada yaşasın və yaxud yaşamasın Türkiyə hökümətinin "twitter"ə qadağa qoyması doğru deyil. Belə işlərin bir türk vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur".

Harf, Türkiyə-İsrail münasibətlərinin tərəfdarı olduğunu bildirən Fətullah Gülənlə eyni mövqedə dayanmaları barəsində olan sualı da cavablandırıb: "Xeyir. Eyni mövqedə deyilik. Türkiyə bir NATO ölkəsidir. Hər zaman, hər mövzuda razılaşmaya bilərik. Bu səbəblə də Pensilvaniyada yaşayan bəyi unudun! Türk höküməti ilə ikili bir ittifaq qurmuşuq".




AzNews.az