Həstərxanın nümayəndə heyəti Nərimanovda- FOTOLAR
1 Aprel 2014 09:54 (UTC+04:00)
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Administrasiyasının rəhbəri Kanat Şantimirovun rəhbərlik etdiyi nümayəndə heyətinin 31 mart-1aprel 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub.
Nərimanov rayon İH-dən daxil olan xəbərə görə, qonqlar, Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sözügedən nümayəndə heyəti ilə görüşü olub. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış "Bakı və Həştərxan Dostluğu" abidəsinin yerləşdiyi parka gələrək abidə ilə tanış olub.
AzNews.az