İstanbulda səslər yenidən hesablansın- Müxalifətdən tələb
1 Aprel 2014 14:35 (UTC+04:00)
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulda keçirilmiş bələdiyyə seçkilərindəki namizədi Mustafa Sarıgül səslərin yenidən hesablanmasını tələb edir.
"Milliyyət" qəzetinin verdiyi məlumata görə, M.Sarıgül hesab edir ki, İstanbulda bələdiyyə seçkiləri zamanı xeyli sayda pozuntular qeydə alınıb.
Qeyd edək ki, martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 45,6 faizini toplayaraq qalib gəlib.
AzNews.az