78 yaşlı qadın yanaraq oldü

1 Aprel 2014 20:03 (UTC+04:00)
Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA–nın yerli bürosunun məlumatına görə, mart ayının 24–də rayonun Sığırlı kənd sakini 78 yaşlı Aslanova Gilas Şükür qızı həyətyanı sahədə təmizlik işləri apararkən yığdığı zibili odlayıb.

Hələlik məlum olmayan səbəbdən özü də yanaraq ağır yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 4–cü dərəcəli yanıq xəsarəti almış G. Aslanova ilkin tibbi yardım göstərildikdən sonra Bakıya göndərilib. Zərərçəkən Bakı xəstəxanasında dünyasını dəyişərək, meyiti bu gün rayona gətirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az