Şəhid əsgərimiz dəfn edildi

2 Aprel 2014 15:09 (UTC+04:00)
Ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin əsgəri Akif Aydın oğlu Baxşıyev bu gün anadan olduğu kənddə dəfn olunub.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, erməni silahlı bölmələrinin gülləsinə tuş gələrək şəhid olan əsgərimiz A.Baxşıyevin nəşi bu gün doğulduğu İsmayıllı rayonunun Çəmənli kəndinə gətirilib. Şəhid Çəmənli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edən əsgər A.Baxşıyev aprelin 1-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olub. Snayper gülləsinə tuş gələn əsgərimizin həyatını xilas etmək mümkün olmayıb.

A.Baxşıyev 2013-cü ilin yanvar ayında İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı.

AzNews.az