İki oğlu diri-diri yanan jurnalistin faciəsi- VİDEO
2 Aprel 2014 18:41 (UTC+04:00)
ANS-də yayımlanan "Alın yazısı" telelayihəsinin sonuncu buraxılışı Vasif Turanın ailəsinin qarşılaşdığı faciəyə həsr edilib.
AzNews.az-ın məlumatına görə, Şəbnəm Xeyrullanın təqdimatında efirə çıxan "Alın yazısı"nda yanğın nəticəsində iki oğlunu itirən jurnalist Vasif Turanın həyat hekayəti anladılıb.
Xatırladaq ki, 2011-ci il oktyabrın 7-də "Bolgexeber.com" saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı yanaraq faciəli şəkildə ölüb. Açılan cinayət işinin 3 ilə yaxın yubadılması birmənalı qarşılanmır.