Hakan Şükür vətənə xəyanətdə günahlandırıldı
2 Aprel 2014 21:22 (UTC+04:00)
Türkiyədə ötən gün dünyasını dəyişən baş məşqçi Ekrem Karaberberoğlunun dəfn mərasiminə qatılan tanınmış futbolçu, müstəqil millət vəkili Hakan Şükürə vətəndaşlardan biri etiraz edib.
ANS PRESS-in məlumatına görə, dəfn mərasimində cənazə namazı qılınandan sonra vətəndaşlardan biri Hakan Şükürə yaxınlaşaraq onu vətənə xəyanətdə günahlandırıb.
"Baş nazirimizə və ölkəmizə xəyanət etdiniz. Sakaryamıza xəyanət etdiniz. Mən ölkəmi sevirəm", deyə vətəndaş millət vəkilinə etirazını bildirib.
Hakan Şükür isə onun bu sözlərinə cavab olaraq "Sən nə bilirsən ki, vətənini sevirsən", deyə bildirib.
Dəfn mərasimində iştirak edən digər şəxslər etiraz edən vətəndaşı ərazidən uzaqlaşdırıblar.
Hakan Şükür dəfn mərasimində baş verən hadisəyə twitter səhifəsində münasibət bildirib.
AzNews.az