Bakıda əsas yollardan birinin təmirinə başlandı
3 Aprel 2014 08:35 (UTC+04:00)
Bakıda əsas yollardan birinin təmirinə start verilib. Bu barədə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, paytaxtın Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsinə qədər olan hissəsinin təmirinə başlanıb: "Hazırda yolun kənarındakı köhnə bardürlərin sökülməsi işləri həyata keçirilir. Bundan sonra onlar yeniləri ilə əvəz olunacaq. Daha sonra isə yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenilənməsi işləri həyata keçiriləcək".(trend)