Ali təhsilli gənclərin məşğuluğu ilə bağlı TƏLİM

22 Avqust 2013 15:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Ali təhsilli gənclərin məşğuluğu" adlı layihə həyata keçirilib. Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım İctimai Birliyindən AzNews.az-a verilən məlumata görə, layihə çərçivəsində 10 təlim olub. Təlimlərdə əmək müqaviləsinin bağlanması, işə götürənlə işə qəbul olanın arasında münasibətin qurulması, kadrların uçot vərəqinin doldurulması, əmək kitabçasının yazılması, işə qəbul olunan şəxs işə qəbul olduğu və işdən azad olduğu zaman hansı hüquqlarının olduğu, təqaüd təminatı, əmək hüququ, gənclərin məşğulluğunun təmin edilməsi, kadrların uçot vərəqinin doldurulması, gənclərin və yeniyetmələrin məşğulluğuna kömək, əmək məcəlləsinin müəyyən tələbləri mövzusunda danışılıb.


AzNews.az