KTMT baş katibi İrəvana gedir

3 Aprel 2014 18:21 (UTC+04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja sabah 1 günlük işgüzar səfərlə İrəvana gedəcək.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, səfər Ermənistanın Təhlükəsizlik Şurasının katibi Artur Badasaryanın dəvəti əsasında reallaşacaq. KTMT rəhbərinin prezident Serj Sərkisyan və Baqdasaryanla görüşü nəzərdə tutulub.

Bu, Ukrayna böhranından sonra Rusiyadan Ermənistana təşrif buyuran ilk yüksək ranqlı hərbi rəsmidir. İstisna deyil ki, tərəflərin əsas diqqət mərkəzində də elə Krım olaylarında sonra dünyada və regionda yaranan situasiya və təhlükəsizlik məsələləri olacaq.

KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

AzNews.az