Lukaşenko İlham Əliyevə “Xalqlar Dostluğu” ordeni verdi

29 Avqust 2012 14:15 (UTC+04:00)


Aleksandr Lukaşenko Azərbaycan respublikası prezidenti İlham Əliyevi "Xalqlar Dostluğu" ordeni ilə mükafatlandırıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Lukaşenko bildirib ki, bu mükafat Belarusiya hökumətinin inkişafında və ikitərəfli münasibətlərin möhkəmlənməsində böyük xidmətləri olan şəxslərə verilir.

Bundan əlavə Belarusiya prezidenti İlham Əliyevin simasında ölkəmizlə bağlı xoş fikirlərini də səsləndirib. O, bildirib ki, Azərbaycan ən çətin məqamlarda Belarusiyanın yanında olub və bu barədə bütün belaruslar bilirlər. O, həmçinin qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur, yalnız həllini gözləyən tapşırıqlar var.

Sadiq
AzNews.az