Saxta 20 manatlıq əskinaslar aşkar edildi

4 Aprel 2014 09:13 (UTC+04:00)
Bakıda metro polisi saxta əskinaslar aşkar edib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Tovuz rayon sakini Xəyal Quliyevdən 5 ədəd saxta 20 manatlıq əskinaz aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az