Heydər Əliyev Mərkəzində bərpa işləri başa çatıb

29 Avqust 2012 14:45 (UTC+04:00)
Bakıda Heydər Əliyev Mərkəzində baş verən böyük yanğının nəticələri tam aradan qaldırılıb.. Mərkəzdən AzNews.az-a məlumat veriblər ki, aparılan təmir-bərpa işlər başa çatıb. Bina əvvəlki görkəminə qayıdıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində iyul ayının 20-də güclü yanğın baş vermişdi. Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılmış, üç nəfər Türkiyə vətəndaşı saxlanılmışdı.

Bahadur Eyuboğlu
AzNews.az