Heydər Əliyev medalı hərraca çıxarıldı - Fotolar

4 Aprel 2014 11:41 (UTC+04:00)
Beynəlxalq auksion saytlarından birində üzərində Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyevin fotosu olan medal hərraca çıxarılıb.

"Axar.az"ın məlumatına görə, Azərbaycandan Samir adlı şəxs tərəfindən martın 24-də hərracda satışa çıxarılan medalın qiyməti artıq 2000 ABŞ dollarlna çatıb. Medalın satışı aprelin 7-si axşam saatlarında tamamlanacaq.

Satışda metalın göstəriciləri də qeyd edilib:

İl: 2013.
Metal: Qızıl.
Diametr: 38.61 mm.
Çəki: 31.21 qr.
Sertifikat, orijinal taxta qutu.


Xatırladaq ki, bundan əvvəl müxtəlif ölkələrin prezident və dövlət xadimləri ilə bərabər ölkə prezidenti İlham Əliyevin də avtoqraflı fotolarının eyni saytda satışı təşkil edilmişdi.