Qurban Qurbanovun bu fotosu müzakirə olunur

4 Aprel 2014 11:47 (UTC+04:00)
"Qarabağ" futbol klubunun baş məşqçisi, futbol üzrə milli komandamızın keçmiş kapitanı Qurban Qurbanovun 22 il əvvəl çəkdirdiyi bir foto sosial şəbəkələrdə böyük marağa səbəb olub. AzNews.az-a xəbər verir ki, foto 1992-ci ildə Qurban Qurbanov anadan olduğu Zaqatala rayonunun "Daşqın" komandasında çıxış edərkən çəkilib.

Qeyd edək ki, "Daşqın" 1992-ci ildə yaradılıb və cəmi 3 il milli çempionatda iştirak edib. Qurban Qurbanov doğma komandasında keçirdiyi iki mövsümdə 54 oyuna 24 qol vurub.


İntiqam Valehoğlu
AzNews.az