İlham Əliyev və Sarkisyan görüşəcək

5 Aprel 2014 07:23 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ probleminin nizamlanması üçün yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Anspress-in xəbərinə görə, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşündən sonra ATƏT-in Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin bəytanatında məlumat verilib.

"Nazirlər sammitinin yaxın zamanlarda baş tuta biləcəyini müzakirə edib və eyni zamanda konkret məsələlər üzrə irəliləyişə nail olmağın vacibliyi vurğulanıb" - deyə sənəddə qeyd edilir.

Sənədin müəllifləri Azərbaycan və Ermənistan xarici siyəsət idarəsinin başçılarını "ciddi tədbirlər görməyə, regioanda gərginliyin azaldılması və prosesin sülh yolu ilə həllinə davam etdirməyə çağırıb.

Görüşün yeri və vaxtı barədə isə məlumat verilməyib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın bundan əvvəlki görüşü 2013-cü ilin noyabrında Vyanada baş tutub.

AzNews.az