Bakıda daha bir yol təmirə bağlanır- sürücülərin nəzərinə

5 Aprel 2014 09:10 (UTC+04:00)


Bakıda mərkəzi yollardan biri təmir işləri əlaqədar bağlanacaq.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin asfalt-beton örtüyünün dəyişdirilməsi işlərinə başlanır: "Yolun ümumi uzunluğu 3,4 km-dir. Lakin təmir işləri mərhələlərlə aparılacaq. İlkin olaraq təmir işləri yolun Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelə qədər hissəsində aparılacaq. Başlanılan işlərlə əlaqədar bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-dan başlanacaq. Bununla əlaqədar yolun həmin hissəsinin 5-6 gün ərzində bağlı olacağı gözlənilir".

P.Mürsəliyev qeyd edib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzNews.az