Əhməd Şəfəqin Bakıda çəkdirdiyi klip “Kral tv”də - VİDEO

5 Aprel 2014 11:45 (UTC+04:00)
Türkiyənin sevilən müğənnisi Əhməd Şəfəqin Bakıda çəkdirdiyi klip artıq "Kral tv" ekranlarında nümayiş olunur.

Sənətçi Aktual.az-a bildirib ki, mahnı "Sevdiyim" ("Sevduğum") adlanır: "Klipdə Nərmin Can oynayıb. Heyət Nərminin klipdə məharətlə rol oynamasını olduqca bəyənib".

Vətənpərvər ruhlu mahnıları ilə tanınan əslən azərbaycanlı sənətçi 20 gün ərzində yeni mahnıya klip çəkdirəcək. Daha sonra ölkə xaricində konsert proqramı ilə çıxış edəcək: "Aprelin 20-də Vyanada konsertim var. Ayın 23-də isə Bakıya gəlməyi planlaşdırıram".

Qeyd edək ki, Əhməd Şəfəq Bakıda iki klip çəkdirib. Bunlardan biri də "Sana Kıyıp Gidemiyorum" adlı mahnısıdır. Ə.Şəfəq "Kral Tv Müzik Ödülləri" müsabiqəsinin namizədləri sırasındadır. Sənətçi həmkarları ilə iki kateqoriyada - ən yaxşı kişi müğənnisi (en iyi erkek sanatçı) və ən yaxşı albom (en iyi albüm) yarışır.

Hazırda səsvermə davam edir.

Xatırladaq ki, Əhməd Şəfəqin indiyədək 11 albomu işıq üzü görüb.


AzNews.az