İtmiş təyyarədən xəbər var - Həqiqət, ya yenə yalan

5 Aprel 2014 19:46 (UTC+04:00)

İtmiş Malayziyaya məxsus Boeinq barədə yeni müəmmalı xəbər yayılıb.

AzNews.az KXR - in "Sinxua" agentliyinin yaydığı xəbərə istinadən bildirir ki, Çin hərbi - dəniz xidməti Hind okeanının cənubunda siqnal impulsları tutublar. Bu siqnalların itmiş təyyarəyə dəxli olub - olmaması hələ ki, dəqiqləşdirilməyib. Amma tutulan radiodalgaların tezlik göstəricilərinə görə, Çin mütəxəssisləri bu siqnalların məhz axtarılan Boeinqin qara qutularından gəldiyiunə əmin olduqlarını bildiriblər.
Xatırladaq ki, Kuala - lampurdan Pekinə uçan avialayner 8 mart gecəsi radarların ekranından yoxa çıxıb.
O vaxtdan təqribən bir ay keçsə də, 26 dövlətin axtarmasına baxmayaraq təyarədən hələ də soraq əldə edilməyib.

Əli
AzNews.az