ANS-in Qarabağ bürosu bağlanır - Açıqlama

7 Aprel 2014 10:32 (UTC+04:00)
ANS-in daha bir bölgə bürosu fəaliyyətini dayandırır. AzNews.az-ın əldə etdiyi məlumata görə, bu büroda çalışan jurnalist Şahin Rzayev artıq işdən uzaqlaşdırılıb. Televiziyadan isə deyilib ki, Şahin Rzayevi işdən çıxması büronun bağlanması anlamına gəlməməlidir: "Onu heç kim işdən uzaqlaşdırmayıb. Ş.Rzayev özü ərizə ilə müraciət edərək vəzifəsinə xitam verilməsini istəyib".

Şahin Rzayev isə məsələ ilə bağlı açıqlama verməkdən yayınıb və bu haqda danışmaq istəməyib. AzNews.az-ın bu barədə suallarına bir cümlə ilə münasibət bildirib: "Bu məsələ hələ bilinmir".

Qeyd edək ki, bir müddət öncə telekanalın bir neçə bölgə müxbiri vəzifəsindən azad edilmişdi, bölgə büroları bağlanmışdı.

Elvin
AzNews.az