Cəbhədə yaralanan hərbçilərdən ikisi Bakıya gətirildi

8 Aprel 2014 12:36 (UTC+04:00)
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçulardan ikisi Bakıya təxliyə olunub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.

AzNews.az