Bakıda 7-ci sinif şagirdi intihar etdi

8 Aprel 2014 13:38 (UTC+04:00)
Ötən gün saat 16:50-də Bakının Suraxanı rayonu ərazisində dəhşətli hadisə baş verib. Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Azad Zaman oğlu Məmmədovun meyidi asılmış halda anası tərəfindən tapılıb.

Dərhal hadisə yerinə təcili yarıdm həkimləri və hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı 13 yaşlı oğlanın intihar etdiyi məlum olub.

Qeyd edək ki, Azad Məmmədov Qaraçuxur qəsəbəsində orta məktəbin 7-ci sinifində oxuyurdu. Hazırda intiharın səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az