Sərnişin avtobusu qəza törətdi: 1 ölü, 20 yaralı - Yenilənib
8 Aprel 2014 17:01 (UTC+04:00)
Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib.
Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.
***
17:38
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.
3 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu "SHACKMAN" markalı yük avtomobili ilə toqquşub.
Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir.
AzNews.az