Mübariz Tağıyev yenidən xəstəxanaya düşdü
30 Avqust 2012 11:16 (UTC+04:00)
Xalq artisti, estrada ifaçısı Mübariz Tağıyev yenidən xəstəxanaya düşüb. Buna səbəb səhhətində olan problemin yenidən ağırlaşması olub. 
Bu barədə məlumatı AzNews.az-a sənətçinin özü verib: "Artıq bir həftədir ki, xəstəxanada müalicə olunuram.  Amma bu hələ müalicəmin bitməsi demək deyil. Müalicəm evdə hökmən davam etməlidir". 
Qeyd edək ki, Mübariz Tağıyev bu ilin may ayının 29-da Mərkəzi Klinikada ürəyindən əməliyyat olunmuşdu. 
Allah şəfa versin!
Əminə
AzNews.az