Ordumuz daha bir əsgərini itirdi

10 Aprel 2014 09:54 (UTC+04:00)


Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "N" saylı hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az