Sarkisyan bir daha prezident olmayacaq

10 Aprel 2014 13:49 (UTC+04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Konstitusiya islahatlarının həyata keçirilməsi üzrə komissiyasının üzvləri ilə görüşündə bundan sonra dövlət başçısı postuna iddia etmək niyyətində olmadığını deyib. Bu barədə "Novosti-Armeniya" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

S.Sarkisyan rəsmən bəyan edib ki, bir daha prezident postuna namizədliyini irəli sürməyəcək: "Əgər Konstitusiya islahatlarının müzakirələrinin nəticələri üzrə mənim istəyimə uyğun olmayan yol seçilərsə - mən parlament idarəçiliyi modelini nəzərdə tuturam - o zaman Baş nazir vəzifəsinə də iddia etməyəcəyəm". Prezidenti 2008-ci ildən dövlət başçısı postunu tutur. Ötən il bu vəzifəyə yenidən seçilib.

AzNews.az