Elmar Məmmədyarov Suriyalı nazirlə görüşdü

30 Avqust 2012 13:12 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. E. Məmmədyarov tərəfindən Azərbaycanın Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.

AzNews.az