İcra başçısı 22 ildir zülm çəkir- SƏBƏB (FOTO)
10 Aprel 2014 16:30 (UTC+04:00)
Vəzifəli şəxslərin qəribə vərdişləri ilə bağlı çox eşitmişik. Bəziləri bu vərdişlərini gizlədir, bəziləri isə hətta tərcümeyi-halına salır...
Ağdam Şəhər İcra hakimiyyətinin başçısı Nizami Sadıqovkimi. O, rəhbərlik etdiyi qurumun rəsmi saytındakı tərcümeyi-halında maraqlı bir cümlə yazıb. Həmin cümləni oxuyanda bəlli olur ki, cənab başçı Qarabağ münaqişəsinə kimi ciddi şəkildə rəqs etmək həvəskarı olub. Belə olmasaydı çox da uzun olmayan tərcümeyi-halında bu cümləni qeyd etməzdi: "Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq etmişdir".
Saytda yerləşdirilən məlumatdan aşkar şəkildə hiss olunur ki, rayon rəhbəri düz 22 ildir ki, toylarda oynamamaqla özünə zülm edir. Bax, əsl vətənpərvərlik də budur!

AzNews.az