Krımda ruslar tatara hücum etdi: Milis isə cinayətkarları gizlədir
10 Aprel 2014 16:00 (UTC+04:00)
Krımda milliyətçə tatar olan məktəbli oğlan milli zəmində ruslar tərəfindən döyüldü.
AzNews.az-ın məlumatına görə, döyülən oğlanın valideyinləri ATR televiziya kanalına bildiriblər ki, Simferapol şəhəri Akmeçet rayonunda 14 yaşlı yeniyetmə telefonla ana dilində danışdığına görə təzyiqə məruz qalıb.
Zərərçəkmişin anası Asiyə Müjdabəyeva deyib ki, oğlu məktəbdən qayıdan zaman ruslar tərəfindən döyülüb: "Ona deyiblər ki, sən niyə tatar dilində danışırsan? Əvvəlcə onu təhqir ediblər, sonra isə bildiriblər ki, Krım Rusiyadır və tatarlar üçün deyil. Sonra oğluma hücum edərək, onu döyüblər. Hazırda xəsarət alan məktəbli stress vəziyyətindədir".
Məlumatda o da qeyd olunub ki, hadisə zamanı yeniyetmənin burnu qırılıb. Valideyinləri milisə şikayət etsə də, cinayətkarların tapılması istiqamətində heç bir iş görülmür.
Mövzu ilə bağlı videonu BURADAN izləyə bilərsiniz.
AzNews.az