Müsavatın iddiası icraata götürüldü – Çəkişmə

11 Aprel 2014 08:27 (UTC+04:00)
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiası icraata götürülüb.

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

O bildirib ki, məhkəmənin hazırlıq iclası aprelin 29-na 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçiriləcək.

Xatırladaq ki, Müsavat Partiyası qurultayın keçirilməsi ilə bağlı BŞİH-ya etdiyi müraciət cavabsız qaldığı üçün məhkəməyə müraciət edib.

Bahar Rüstəmli
AzNews.az