Tanınmış prodüseri döyən şəxs həbs olundu
11 Aprel 2014 08:53 (UTC+04:00)
Prodüser Sayqa Məmmədovaya (Sayqa Cahid) hücum edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da M.Rüstəmov küçəsində naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.
DİN Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.
Qeyd edək ki, Sayqa Məmmədova (Sayqa Cahid) prodüsser kimi fəaliyyət göstərir.
AzNews.az