Administrasiyada yeni sektor yaradıldı - SƏRƏNCAM
11 Aprel 2014 10:54 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.
Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.
AzNews.az