İTV-dən qovulan jurnalist Cəmil Quliyevə hücum etdi

11 Aprel 2014 12:44 (UTC+04:00)
İTV-dən səbəbsiz yerə qovulan işçilərdən biri etirazını özünəməxsus şəkildə bildirib.

İTV-nin "İnformasiya və İctima-Siyasi proqramlar"Departamentinin əməkdaşı, daim qeyri-adi hərəkətləri ilə fərqlənən Jalə Novruzovanın etiraz aksiyası da qeyri-adi olub. İnterpress.az-a daxil olan məlumata görə, o, İTV-nin baş direktoru Cəmil Quliyevin yaşadığı mənzilə gedərək onun evinin şüşələrini sındırıb. Ürəyi bununla soyumayan Jalə Novruzova səs-küy salaraq baş direktorun qonşularının yanında Cəmil Quliyevin ünvanına qeyri-etik ifadələr işlədib.

Hadisə ilə bağlı Jalə Novruzova ilə əlaqə saxladıq. O, belə bir əməli etmədiyini dedi. Jalə Novruzova hətta işdən çıxarıldığını belə etiraf etmədi.

AzNews.az