Naxçıvan Muxtar Respublika Xəstəxanasına 9 milyon manat ayrıldı
11 Aprel 2014 17:27 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzNews.az - ın xəbərinə görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədi ilə prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat ayrılıb
Müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.
AzNews.az