Qocalar evində yanğın: 2 ölü- FOTO
12 Aprel 2014 07:54 (UTC+04:00)
Türkiyənin İzmir şəhərinin Çiğli vilayətində yerləşən qocalar evində yanğın olub. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ətrafdakılar yanğının qarşısını almaq istəsələr də, bu, mümkün olmayıb. Yanğın yerinə 13 təcili tibbi yardım maşını, 39 tibb işçisi və 60 xilasedici cəlb edilib.
Yanğında qocalar evinin 27 sakinindən ikisi dünyasını dəyişib. 25 nəfər isə müayinə olunmaq üçün xəstəxanalara aparılıb.
İntiqam
AzNews.az