Bakı-Sumqayıt yolunda ağac “soyqrımı“- FOTOLAR

12 Aprel 2014 09:34 (UTC+04:00)
Bakı-Sumqayıt yolunda, Bakı beynəlxalq avtovağzalından Sulutəpə qəsəbəsi istiqamətində yol kənarındakı şam ağacları bütünlüklə kəsilir.

Özünü yol idarəsinin işçisi kimi təqdim edən şəxs Musavat.com-un hadisə yerindəki əməkdaşına bildirib ki, bu, yolun genişləndirilməsi ilə əlaqədardır. O, ağacların kütləvi şəkildə kəsilməsini 2015-ci Avropa oyunlarına hazırlıqla əlaqələndirib.

Ərazidə yaşayan sakinlər iddia edirlər ki, onların köçürülməsinə hazırlıq gedir. Çünki, hökumət yeni açılacaq metro stansiyası ətrafında yaşayış evlərinin olmasını istəmir.

AzNews.az